Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edildi

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edildi
17:42 7 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçiriləcək açılış mərasiminə 35 gün qaldığı bir vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançıların qazanmağa can atacağı medalları təqdim edib.

Milli.Az Trend-ə istinadən məlumat veri ki, xüsusi olaraq hazırlanmış medallar dəsti Bakı-2017 Oyunları üçün püşkatma mərasimindən sonra baş tutan mərasimdə gənclər və idman naziri və AİHOƏK-nın baş icraçı direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.

Mərkəzində Bakı-2017 Oyunlarının loqosu olan qızıl, gümüş və bürünc medalların dizaynının ifadə etdiyi əsas fikir ənənəvi Azərbaycan xalça naxışlarında rast gəlinən İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanır.

Ölkənin zəngin mirasını simvolizə edən və çox zaman mühüm tarixi məqamları əks etdirən bu elementlər Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi nümayiş etdirmək məqsədilə zərif şəkildə bir-biri ilə əlaqələndirilib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 mm, qalınlığı 9 mm olan medallar "Azərsuvenir" tərəfindən AİHOƏK-nın dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Qeyd edək ki, Oyunlarda dörd qitədə yerləşən İHİF-ə daxil olan ölkələr, 10 gün davam edəcək idman yarışlarında 20 idman növü üzrə yarışacaq beynəlxalq səviyyəli idmançılar iştirak edəcəklər. Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış Mərasimləri daxil olmaqla, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500 min tamaşaçının gəlməsi gözlənilir.

Medalların dizaynından danışan A.Rəhimov bildirib: "Bakı-2017-nin medallarının dizaynının açıqlanması Oyunların keçirilməsi ilə əlaqədar səfərimizin daha bir mühüm addımıdır. Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və ən yaxşı idmançılara təqdim ediləcək".

İHİF prezidenti Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud isə qeyd edib: "Bakı-2017 İslam Həmrəyliyi Oyunları bütün inanclardan və milliyyətlərdən olan idmançıları sülh və hörmət ruhu ilə bir yerə toplayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR