Ərdoğan ABŞ-ı dəstəklədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyaya etdiyi hava hücumlarını bir başlanğıc adlandırıb.

Metbuat.az xəbər verir ki, o, Suriyada terrorun kökünü kəsməyin vacibliyini qeyd edib:

"Bəşər Əsəd rejiminin kimyəvi silahlardan istifadə edərək dinc sakinlərin ölümünə səbəb olması heç bir halda bəyənilə bilməz. Körpə qanı arxasında gizlənmək çox çəkməz. Bu qırğını törədənlərdə vicdandan əsər-əlamət yoxdur. İmkan tapan kimi xəstəxanada yatan yaralılara baş çəkəcəm. Suriyadakı hadisələri anbaan izləyirəm. Əsas qərarı Suriya xalqı verəcək. ABŞ-ın əməliyyatları davam etdirməsi yerində verilmiş qərar olardı".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR