Baş nazir Stokholmdakı insidenti terror aktı adlandırdı

İsveçin baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb.

Metbuat.az xəbər verir ki, bir qədər əvvəl polis də bu hadisənnin terror aktı kimi nəzərdən keçirildiyi barədə xəbər verib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

Yük maşını mağazalardan birinin vitrininə çırpılaraq dayanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR