Sabahdan bu küçədə hərəkət məhdudlaşır

Sabahdan bu küçədə hərəkət məhdudlaşır
18:33 7 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində sabahdan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudiyyət aparılan təmir işləri ilə əlaqədardır: “Qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq. Sözügedən küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/194190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR