Nazir: "Niderland və Azərbaycan fəal əməkdaşlıq edir"

Nazir: "Niderland və Azərbaycan fəal əməkdaşlıq edir"
18:57 7 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası və Niderland Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu xüsusda, ölkəmizdə bir sıra Niderland şirkətlərinin səmərəli fəaliyyətini qeyd edib.

Nazir Azərbaycanın Niderland ilə siyasi dialoqun, təhsil və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Niderland Kralığının xarici işlər naziri Bert Koenders Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Niderlanda səfəri, sabiq xarici işlər naziri Frans Timmermansın 2014-ci ildə və hazırki iqtisadi işlər naziri Henk Kampın 2016-cı ildə Azərbaycana səfərlərinin buna bariz nümunə olduğunu bildirib.

Bert Koenders Niderland və Azərbaycanın Avropa Şurası, ATƏT, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Niderlandın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı istiqamətində olan səyləri dəstəklədiyini qeyd edib.

 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR