Stokholmdakı terrorla bağlı bir şübhəli şəxs saxlanıldı

Stokholmdakı terrorla bağlı bir şübhəli şəxs saxlanıldı
19:53 7 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Stokholmun mərkəzində yerləşən “Drottningatan” küçəsində törədilən terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az xəbər verir ki, şəhərin əsas küçələrinin və dövlət əhəmiyyətli obyektlərin mühafizəsinə əlavə qüvvələr cəlb olunub. Şəhər metrosunun bağlandığı, mərkəzi vağzalın təxliyə olunduğu bildirilir.

Yerli KİV-lərin məlumatına əsasən, İsveç polisi hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və polis qüvvələri cəlb olunub, helikopterlər havadan müşahidə aparır.

Hakimiyyət orqanları insanları şəhərin mərkəzi hissələrinə getməkdən çəkinməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR