"Halalca əri olub, mən də olsam..." - Pərvin öpüşmədən danışdı - FOTO

"Halalca əri olub, mən də olsam..." - Pərvin öpüşmədən danışdı - FOTO
19:57 7 Aprel 2017
587 Şou
Ölkə mətbuatı
A- A+

Tədbirlərin birinə qatılan aktrisa Pərvin Abıyeva rəqqasə Oksana Rəsulova və repçi Elşad Xosenin çəkildiyi "Mələyin öpüşü" filmindəki öpüşmə səhnəsindən danışıb. 

Milli.Az big.az-a istinadən bildirir ki, Pərvin həmin görüntüləri normal qarşıladığını desə də, özünün belə bir addım atmaq niyyəti olmadığını vurğulayıb:

"Filmin treylerinə baxdım, hər şey əladır. Amma mən açıq-saçıq filmdə rol almaq istəməzdim. Çox şükür edirəm ki, mənə elə bir təklif gəlməyib. Çünki nə mən, nə də ki, xalqımız buna hazır deyil. Elşad Xose ilə Oksananın öpüşməsinə normal baxmağımın səbəbi onların bir zamanlar evli olmasıdır. Halalca əri olub. Oksananın Elşadla öpüşməsi normaldır, nəinki başqaları ilə... Sənətimiz budur. Nə vaxtsa məcbur qalsam, mən də bunu edə bilərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR