Marin Lö Pen ABŞ-ı tənqid etdi -

Fransada Milli Cəbhənin prezidentliyə namizədi Marin Lö Pen ABŞ prezidenti Donald Trampı tənqid edib.

Metbuat.az-ın məlumatına görə, 48 yaşlı siyasətçi ABŞ-ın Suriyadakı hava bazasına hücumunu qınayıb:

"Tramp ABŞ-ın "dünyanın polisi" olmayacağını demişdi. Ancaq baş verənlər bunun əksini göstərir".

Lö Pen "France-2" televiziyasına verdiyi açıqlamada ABŞ-ın hücum əməliyyatının qarşılıqsız qalacağına inanmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR