Trampı tənqid edən tək AVROPALI

Trampı tənqid edən tək AVROPALI
20:28 7 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın “Milli Cəbhə” partiyasının lideri, ultrasağçı siyasətçi Marin Le Pen Suriyaya raket zərbələrinin endirilməsi barədə təlimat verən ABŞ prezidenti Donald Trampı sərt şəkildə tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Le Pen “France-2” telekanalına verdiyi açıqlamasında Trampın ani addımına heyrətləndiyini söyləyib.

“Tramp ABŞ-ın dünya jandarmı olmayacağını açıqlamışdı, amma dünən etdiyi tam olaraq bu idi”, - o deyib.

ABŞ ötən gecə yerli vaxtla saat təxminən 4-də Suriya ərazisində yerləşən Şayrat aerodromun raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, raket zərbələrinin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR