Azərbaycanlı milyarderə şirkəti ilə bağlı ŞOK TƏKLİF

Azərbaycanlı milyarderə şirkəti ilə bağlı ŞOK TƏKLİF
20:57 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Lukoyl" şirkəti il sonuna qədər Rusiya ərazisindəki bütün avtoyanacaq doldurma stansiyalarının satışına dair qərar qəbul edə bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə şirkətdən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, "Lukoyl"un rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərova il ərzində yanacaq doldurma stansiyaları şəbəkəsinin üçdə bir hissəsini 10 faizlə satmağı və ya yaxın iki il ərzində Rusiyadakı bütün avtoyanacaq doldurma stansiyalarından xilas olunmağı təklif olunub. 

Mənbə iddia edir ki, holdinq rəhbərliyi ikinci variantı seçib: "Hazırda şirkət potensial investorlardan ərizələri qəbul edir. Artıq onların sayı 3-dür. Uzun müddətli xarici investorlar üçün təkliflər hazırlanır".

"Lukoyl"un mətbuat xidməti bu xəbərə şərh verməyib. 

Qeyd edək ki, hazırda "Lukoyl"un 5500 yanacaqdoldurma stansiyası var ki, bunun da 2500-ü Rusiyada yerləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/533151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR