Dəvə onunla selfi çəkdirmək istəyən hamilə qadını dişlədi

Dəvə onunla selfi çəkdirmək istəyən hamilə qadını dişlədi
21:12 7 Aprel 2017
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

Moskvalı hamilə qadın dəvə ilə selfie çəkdirmək istəyərkən heyvan onu dişləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Mişa və Katya ləqəbli iki dəvə Belyaninovo kəndi sakininə məxsusdur. Dəvələr qonşu kənddəki meşədə gəzintiyə çıxarkən onları iki qadın qarşılayıb. Onlardan biri heyvanla şəkil çəkdirmək istəsə də, sonuncu onu əlindən dişləyib. Dəvələrin sahibi bildirib ki, bununla da dəvələrdən erkək cinsinin nümayəndəsi öz dişisini qorumağa çalışıb. Nəticədə isə heyvanların gəzinti hüquqlarını pozduğuna görə onun sahibini 200 rubl məbləğində cərimələyiblər. Polis əməkdaşları isə dəvənin sahibinə bildiriblər ki, heyvanları üçün daha uyğun gəzinti yeri müəyyənləşdirsin.

2016-cı ilin sentyabrında isə Hindistan sakini ilanla selfie çəkdirmək istəyərkən sonuncu onu sancmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR