Lavrov və Çavuşoğlu ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər

Lavrov və Çavuşoğlu ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər
21:57 7 Aprel 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görə, telefon danışığı Çavuşoğlunun təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Türkiyə ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müsbət qiymətləndirib. Bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Bir sıra dövlətlər də ABŞ-a bu məsələdə öz dəstəyini bildirib. Bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR