Sevişmə səhnələrinə görə cəza alan seriallar - FOTO

Sevişmə səhnələrinə görə cəza alan seriallar - FOTO
22:22 7 Aprel 2017
200 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə və eləcə də dünyada seriallar bəzən sevişmə səhnələri ilə daha çox müzakirə edilirlər.

Milli.Az axşam.az-a istinadən həmin səhnələrdən ən yadda qalanlarını təqdim edir. Onlardan bəziləri hətta Türkiyənin ali televiziya qurumu olan RTÜK tərəfindən cəzalandırılıb.

"Öyle Bir Geçer Zaman ki" serialında Soner və Baharın sevişmə səhnəsi də RTÜK-ün qara siyahısına düşmüşdü.

Eləcə də, "Aşk-Memnu" serialında 5 dəqiqə 30 saniyəlik öpüşmə səhnəsi cəzadan qaça bilməmişdi.

"İffet" filmindən təsirlənərək çəkilən serialda zorlanma səhnəsi də böyük diqqət çəkən səhnələrdən olub.

"Alev Alev" adlı serial da birinci seriyada reytinq yığa bilmədiyi üçün növbəti seriyasında sevişmə səhnəsi ilə gündəmə gəlmişdi.

Bir zamanların məşhur "Asi" serialı də tez-tez belə səhnələrə yer verirdi.

"Bir Bulut Olsam" serialında sevişmə səhnələri cəza almışdı.

"Kılıç günü" adlı serial isə homoseksualların yataq səhnəsi ilə diqqət çəkmişdi. Etirazlara səbəb olan ekran işi qısa müddətdə bitdi.

Son zamanların məşhur serialı "Fi" də sevişmə səhnələri ilə müzakirə edilib.

ABŞ-ın ən çox izlənən seriallarından olan "True Blood" Anna Paquin və Stefen Moyerin intim səhnələri də medianın ən çox müzakirə edilənlərindən olmuşdu.

Dünyanın məşhur serialı "Spartacus: Blood and Sand" da sevişmə səhnələri ilə hələ də müzakirə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR