Azərbaycanda stadionu şumlayaraq nar bağı saldılar - VİDEO

Azərbaycanda stadionu şumlayaraq nar bağı saldılar -   VİDEO
22:27 7 Aprel 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Göyçayda sakinlər kənd stadionunun satılmasından narazıdırlar.


Meydança şumlanaraq bağ salınıb. Kənd bələdiyyəsindən isə bildirilib ki, burda qanunsuz heç bir addım atılmayıb. Qanuni, ya da qanunsuz, fakt odur ki, kəndin gəncləri stadionsuz qalıblar.


Göyçay rayonunun Çayarxı kəndində stadion şumlanıb, ağaclar əkilib, bağ salınıb.


Kənd sakinləri deyirlər ki, neçə illərdir bu ərazidən futbol meydançası kimi istifadə olunub. İndi isə həmin ərazidə nar bağı salınıb.

Sakinlər deyirlər ki, stadion zəbt edildiyi üçün kəndin gəncləri rayon mərkəzindəki idman kompleksinə getməyə məcbur qalırlar. Bu da onlar üçün əlavə xərc deməkdir.


Bununla bağlı Çayarxı kəndinin bağlı olduğu Qarabaqqal kənd bədiyyəsinin mövqeyini öyrəndik. Bələdiyyə nümayəndəsi İntiqam Nəsirov bildirdi ki, sözügedən ərazi torpaq islahatı zamanı bələdiyyə torpağı kimi xəritəyə salınıb və hərrac yolu ilə rəsmi qaydada vətəndaşa satılıb.


Bələdiyyədən o da bildirildi ki, kənddə yeni stadion üçün yerin ayrılması nəzərdə tutulub. (Xəzər Xəbər)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-stadionu-umlayaraq-nar-ba-saldlar-t57433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR