BİR BU QALMIŞDI: Dostunun başını qatıb evini yardı - CİNAYƏT - FOTO/VİDEO

BİR BU QALMIŞDI: Dostunun başını qatıb evini yardı - CİNAYƏT -
 FOTO/VİDEO
22:53 7 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir sakini dostunun əmlakına göz dikib.
Publika.az
xəbər verir ki, Şəmkir sakini 36 yaşlı Tacit Mehtiyev uzun illər dostluq etdiyi Qalib Abbasəliyevə məxsus mənzildən xeyli miqdarda nəğd pulun oğurlanmasını təşkil edib.
Mehtiyev sözügedən şəxsin evində külli miqdarda pul olması barədə Gəncə sakini 29 yaşlı Asif İsmayılov və həmkəndlisi 18 yaşlı Xəyal Hüseynovu məlumatlandırıb. Qurulan plan əsasında hər iki şəxs Qalib Abbasəliyevə məxsus evə yollanıb. Bu müddət ərzində ev sahibini söhbətə tutan Tacit Mehtiyev yoldaşlarına telefonla mesaj yazaraq, evə daxil olmaq üçün problem olmadığını bildirir.
Tacit Mehtiyev - saxlanılan şəxs: “Telefonla danışdıq Asif gəldi. Getdilər içəri girib pulu götürdülər. Sonra mənə 1600 manat pul verdilər”.
Asif İsmayılov - saxlanılan şəxs: “Tacit zəng etdi mənə, dedi ki, gəl, qonşuda pul var. Məndə gəldim. Sonra zəng etdi ki keçin, götürün. Mən də keçib götürdüm. Zəng etdi ki, çıxın. Çıxdıq, pulu da böldük”.
Evdə bir xeyli axtarış aparan Asif İsmayılov və Xəyal Hüseynov oradan 7600 Azərbaycan manatını və 8000 ABŞ dollarını, eləcə də digər qiymətli əşyaları oğurluq yolu ilə ələ keçiriblər. Daha sonra isə ünvanı tərk edərək pulu öz aralarında bölüblər. Qənimətdən ən az pay isə dəstənin yaşca kiçik üzvü, Xəyal Hüseynovun payına düşüb. Ona oğurlanan pulun 320 manatını veriblər.
Xəyal Hüseynov - saxlanılan şəxs: “Ondan 3-4 gün qabaq söhbət etdik. Dedik ev var, girib pulu götürüb çıxacağıq. Asiflə bərabər keçdim. Tacit zəng etdi ki, gəlmişik, keçək götürək. O da dedi keçin. Biz də aynanı kəsib keçdik. Pulu götürüb çıxdıq”.
Şəmkir rayon polis şöbəsinin cinayət axtarış və Kür bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri qısa zamanda nəticə verib.
Hər üç şəxs barəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Dəstə üzvlərinin digər cinayətlərdə iştirakı araşdırılır. (ARB Kəpəz)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR