Cəlilabadda avtomobil atı vurdu: 2 yaralı

Cəlilabadda avtomobil atı vurdu:  2 yaralı
22:59 7 Aprel 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda avtomobil atı vurub, 2 nəfər xəsarət alıb

 

Cəlilabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə,  hadisə Ələt-Astara magistral yolunda,  Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb. 

 

Belə ki, rayonun Maşlıq kənd sakini, 1988-ci il təvəllüdlü  Əsədulla Məhəmməd oğlu  Alışanov  idarə etdiyi 90-BK-347 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə  hərəkətdə olarkən yolun kənarındakı atı vurub. Nəticədə at ölüb.

 

Qəza zamanı  atın sahibi, 2000-ci il təvəllüdlü Murad İlqar oğlu Kərimov və avtomobilin sürücüsü  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR