"ABŞ Suriyada hərbi əməliyyatları davam etdirməyə hazırdır" -

"ABŞ Suriyada hərbi əməliyyatları davam etdirməyə hazırdır".

Metbuat.az-ın məlumatıına görə, bu fikir BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Heyliyə məxsusdur.

"ABŞ kimyəvi silahdan istifadə edilməsinə biganə qala bilməz. Kimyəvi silahların yayılmasının qarşısını almaq milli maraqlarımıza cavab verir", deyə Heyli bildirib.

O nitqinə belə davam edib:

"ABŞ dünən tamamilə tarazlaşdırılmış addım atdı. Biz daha artığını etməyə də hazırıq, ancaq ümid edirik ki, buna ehtiyac qalmayacaq".

Heyli həmçinin iddia edir ki, Rusiya və İran Suriya prezidenti Bəşər Əsədin qərarlarına görə məsuliyyət daşımalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR