13 min metr yüksəklikdə MÖCÜZƏ gerçəkləşdi - FOTOLAR

13 min metr yüksəklikdə MÖCÜZƏ gerçəkləşdi - FOTOLAR
23:08 7 Aprel 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

Türk Hava Yollarının Qvineya - İstanbul reysi ilə uçan Diaby Nafi adlı hamilə sərnişinin təyyarə havaya qalxdıqdan bir saat sonra Mali üzərində doğuş sancıları başlayıb.

Publika.az xəbər verir ki, qadın ekipaj üzvlərinin köməyi ilə qız uşağı dünyaya gətirib.

13 min metr yüksəklikdə dünyaya gələn körpəyə sənişinlər tərəfindən Kadiju adı qoyulub. Təyyarə Burkina Fasoya eniş edib, ana və körpə səhiyyə işçiləri tərəfindən nəzarətə götürülüb. Onların hər ikisinin səhhətinin normal olduğu bildirilib. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR