"İşlər pis gedəndə..."

"İşlər pis gedəndə..."
23:17 7 Aprel 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Sunderland"in hücumçusu Jermeyn Defo "Tottenham"də birlikdə çalışdığı Andre Villaş-Boaş barədə danışıb. Milli.Az axşam.az-a istinadən bildirir ki, ingilis forvard gənc mütəxəsis haqqında xoş fikirlər səsləndirib.

"Villaş-Boaş, həqiqətən, məndə yaxşı təəssürat oyatmışdı. Onun məşqləri fərqli idi. Ağıllı məşqçi və gözəl insandır. İstənilən mövzu haqqında danışa bilər. Onun rəhbərliyi altında "Tottenham" üçün ikinci mövsüm yaxşı alınmadı. Biz "Manchester City" və "Liverpool"a böyük hesabla uduzduq. O, gənc məşqçidir. Oyunçularla iş təcrübəsi, demək olar ki, yox idi. İşlər pis gedəndə bu cəhət özünü göstərdi. Andre həmişə oyunçulara yaxşılıq etməyə çalışırdı. O, istefaya gedəndə məyus oldum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR