Stokholmda terror aktı nəticəsində ölənlərin sayı artdı

Stokholmda terror aktı nəticəsində ölənlərin sayı artdı
23:49 7 Aprel 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin paytaxtı Stokholmda terror aktı nəticəsində ölənlərin sayının 4-ə çatması təsdiqlənib, 15 nəfər yaralanıb

 

APA-nın xəbərinə görə, bu barədə SVT telekanalına Stokholm Səhiyyə administrasiyasının baş həkimi Yohan Bratt bildirib.

 

Onun sözlərinə görə, bilavasitə hadisə yerində 3 nəfər, daha 1-i isə xəstəxanada ölüb.

 

Hadisə nəticəsində həmçinin 15 nəfər yaralanıb. Onların arasında uşaqların da olduğu bildirilir. Yaralılardan 9 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Terror aktı törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR