Antonio Konte Pirlo məsələsinə nöqtə qoydu

İngiltərə mətbuatında Andrea Pirlonun "Çelsi"nin məşqçilər korpusunda yer alacağı barədə xəbərlər yayılmışdı.

Metbuat.az-ın məlumatına görə, "zadəganlar"ın baş məşqçisi Antonio Konte şayiələrə son qoyub:

"Pirlo "Çelsi"də? Andrea futbol oynayır və karyerasını davam etdirmək niyyətindədir.

Belə söz-söhbətlərin haradan qaynaqlandığı mənə çox maraqlıdır".

Andrea Pirlo cari mövsümdə "Nyu-York Siti"nin heyətində MLS-də 4 matçda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR