Bakıya yeni köşklər gətirildi

Bakıya yeni köşklər gətirildi
01:43 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi Bakı Ticarət Festivalı müddətində fəaliyyət göstərəcək xüsusi ƏDV köşkləri təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, bu köşklərə kassa çekini təqdim etməklə on gün ərzində həm nağd, həm karta köçürmə yolu ilə pulu almaq olar.

ƏDV köşkləri festivalın keçirildiyi ərazidə 6 nöqtədə yerləşdirilib.

Qeyd edək ki, qaytarılan vəsaitin həcmi alınmış malların ümumi dəyərinin (ən azı 100 manat) 10-13 faizini təşkil edəcək.

ƏDV-nin qaytarılması festivalın xüsusi loqotipinin olduğu ticarət obyektlərindəki alış-verişə aid edilir.

Ticarət festivalı Bakıda aprelin 10-dan mayın 10-dək keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/194222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR