İsveçdəki terror aktı ilə bağlı daha bir nəfər tutuldu

İsveçdəki terror aktı ilə bağlı daha bir nəfər tutuldu
02:39 8 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin paytaxtı Stokholmda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

 

APA-nın məlumatına görə, bu barədə “Expressen” qəzeti xəbər verib.

 

Məlumata görə, terror hadisəsi ilə bağlı Stokholmun Yulsta şəhərətrafı qəsəbəsində bir kişi saxlanılıb.

 

Bundan əvvəl daha bir nəfərin, İsveçdə yaşayan 39 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığı bildirilirdi.

 

Yük maşınını insanların üzərinə sürən şəxs isə hələ ki, tapılmayıb. Xatırladaq ki, şəhərin mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR