Bundesliqa, 28-ci tur: "Bavariya"nın çempionluq yolunda son əngəli

Bundesliqa, 28-ci tur: "Bavariya"nın çempionluq yolunda son əngəli
05:03 8 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 28-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Ayntraxt” “Verder”i qəbul edib. Frankfurt təmsilçisi oyunun gedişində hesabda 2 top fərqiylə geri düşsə də, sonda matçdan 1 xalla ayrılmağı bacarıb - 2:2.

Turun ən maraqla gözlənilən oyunu isə sabah keçiriləcək. Rəqiblərini bir xeyli geridə qoyan və cari mövsümdə inamla liderlik edən “Bavariya” evdə əzəli rəqibi, hazırda 4-cü pillədə qərarlaşmış Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Almaniya Bundesliqası, 28-ci tur

7 aprel

Ayntraxt - Verder 2:2

Qol: Abraham, 48. Fabian, 73-pen - Yunusoviç, 37. Bartels, 43.

8 aprel

17:30 Köln - Borussiya M
17:30 Hamburq - Hoffenhaym
17:30 Leyptsiq - Bayer
17:30 Frayburq - Maynts
17:30 Şalke - Volfsburq
20:30 Bavariya - Borussiya D

9 aprel

17:30 Herta - Auqsburq
19:30 İnqolştadt - Darmştadt

Bombardirlər: Obameyanq (Borussiya D) - 25. Levandovski (Bavariya) - 24. Modeste (Köln) - 22.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR