Yeni ailə quran cütlüyün mənzili qarət edildi - FOTO

Yeni ailə quran cütlüyün mənzili qarət edildi - FOTO
05:58 8 Aprel 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeni ailə quran cütlüyün mənzili qarət olunub.

Publika.az xəbər verir ki, qəsəbə sakini Şahnaz Abbasovanın 10 gün əvvəl ailə quran oğlunun yaşadığı evə girən şəxs və ya şəxslər mənzildən qızıl-zinət əşyaları aparıblar.

Ş.Abbasova hadisənin ər və arvad evdə olmadığı zaman baş verdiyini bildirib. Həyətə daxil olan oğrular mənzilin kilidini qıraraq içəri daxil olublar.

Faktla bağlı araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR