iPhone üçün süni intellekt hazırlandı

iPhone üçün süni intellekt hazırlandı
07:12 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti tərəfindən istifadəyə verilmiş yeni "Sprinkles" mobil tətbiqi "iPhone" smartfonunda şəkillər çəkərək onları emal etməyə imkan verir. Proqram istifadəçi tərəfindən çəkilmiş şəkillər üçün yazı və stikerlərin seçimində kompüter təlimi texnologiyalarından istifadə edir.

"Sprinkles" mobil tətbiqinin köməyi ilə şəkillərə stiker, yazı və emodzilər əlavə etmək mümkündür. Mobil tətbiqdə istifadə edilən süni intellekt texnologiyaları şəkildəki sifəti tanımağa, kadrda insanın yaşını və emosiyalarını müəyyənləşdirməyə, tanınmışlar arasında oxşarlarını tapmağa imkan verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Sprinkles" mobil tətbiqi, həmçinin şəklin çəkiliş yeri, vaxt və başqa detallarına müvafiq yazı və stikerləri avtomatik seçə bilir. Məsələn, əgər şəkildə qaşqabaqlı insan təsvir edilibsə, mobil tətbiq "gülümsəmək lazımdır" kimi yazı təklif edəcək. Daxili redaktor şrifti, mətnin ölçüsünü və yazının rəngini tənzimləməyə imkan verir.

Hazırlanmış şəkli "iPhone" smartfonunda saxlamaq, sosial şəbəkələrdə paylaşmaq  və ya elektron poçtla göndərmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR