Hindistanda “müasir Mauqli” tapıldı

Hindistanda “müasir Mauqli” tapıldı
07:24 8 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın şimalında meşədə meymunlarla yaşayan qız tapılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə,  qızı polis əməkdaşı Sureş Yadav aşkarlayıb.

 

O, Uttar Pradeş ştatında yerləşən Katarniaqxat bölgəsində keşik çəkərkən qızı aşkarlayıb. 8 yaşlı qız heyvanların hücumuna məruz qalmış, eyni zamanda çılpaq vəziyyətdə idi. Polis onu cəngəllik  ərazisindən aparmaq istəyəndə meymunlar səs-səsə verərək, öz narazılıqlarını bildiriblər. Qızın özü də meşədən ayrılmamaq üçün israr edib. Polislər köməyə öz həmkarlarını çağırmaq zorunda qalıblar. Xəbərdə həmçinin qeyd olunur ki, uşaq danışmağı bacarmır və meymunlar kimi “dördayaq” üzərində gəzir.

 

 Qızı yerli xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda polis onun şəxsiyyətini və meşəyə necə düşdüyünü müəyyən etməyə çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR