Süni intellekt bazarı böyüyəcək

Süni intellekt bazarı böyüyəcək
07:37 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"International Data Corporation" ("IDC") şirkəti qlobal koqnitiv sistemlər və süni intellekt texnologiyaları bazarı üzrə proqnoz verib.

Qiymətləndirmələrə görə, ötən il sözügedən sahənin həcmi 7,9 milyard dollar təşkil edib. 2017-ci ildə bu bazarın həcmi 12,5 milyard dollara yaxınlaşacaq. Beləliklə, 2016-cı illə müqayisədə 59,3%-lik artım qeydə alınacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda süni intellekt İT sahəsinin tədqiqində çox böyük rol oynayır. Elektron ağıl, məsələn, "əşyalar interneti" qurğuları tərəfindən yaradılmış böyük tutumlu məlumatların təhlilində kömək edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, 2020-ci ilə dünyada internetə qoşula bilən 50 milyarddan çox avtomobil və cihaz işləyəcək.
 
Süni intellekt əsasında işləyən həllər artıq gündəlik həyatda tətbiq edilir. Məsələn, süni intellekt əsasında insan danışığının tanınması, şəkillərdə sifətin müəyyənləşdirilməsi və fırıldaqçı hərəkətlərin aşkar edilməsi sistemləri işləyir. Yaxın vaxtlarda isə müxtəlif sahələrdə mürəkkəb məsələləri həll edən və süni intellekt əsasında işləyən yeni nəsil sistemlər istifadəyə veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR