4 kameralı ilk smartfon təqdim olundu

4 kameralı ilk smartfon təqdim olundu
08:12 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İki əsas kameraya malik smartfonlar artıq adiləşib. Həmçinin bu yaxınlarda  iki ön kamera ilə təchiz edilmiş modellər satışa çıxarılıb. Ancaq "Alcatel" şirkəti dünyada ilk dəfə 4 kamera ilə təchiz edilmiş smartfon təqdim edib: iki əsas və iki ön kameralar. 4 kamera sözügedən aparatın yeganə maraqlı xüsusiyyətidir, çünki bu qurğu "Android 6.0 Marshmallow" versiyası ilə işləyən orta səviyyəli smartfondur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Alcatel Flash" qurğusunda əsas kamera iki 13 meqapiksellik modulla (rəngli və ağ-qara) təchiz edilib. Hər iki modul f/2,0 diafraqma qiymətinə malik obyektivlərlə təchiz ediliblər. Bu, zəif  işıqlandırma şəraitində daha keyfiyyətli şəkillər çəkməyə imkan verir. Ön tərəfdə 8 və 5 meqapiksellik kameralardan istifadə edilib.

"Alcatel Flash" smartfonu "Full HD" təsvir ölçülü 5,5 düymlük "IPS" ekran, 10 nüvəli "MediaTek Helio X20" prosessoru, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 3100 milliamper/saat tutumunda akkumulyator, "SİM" kart üçün iki slot və barmaq izi skaneri ilə təchiz edilib.
 
Smartfonun qiyməti hələ ki bildirilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR