YouTube-da canlı yayım işə düşdü

YouTube-da canlı yayım işə düşdü
08:32 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ötən il "Twitter" və "Instagram" şəbəkələrində mobil qurğulardan onlayn translyasiyalar aparmaq üçün imkan yaradılıb, bu ilin fevralında isə bu funksiya "YouTube"a da əlavə olunub və əvvəlcə ondan yalnız 10 mindən çox abunəçisi olan istifadəçilər yararlana bilib. Bununla "Google" şirkəti ümumilikdə server və funksiyaların fəaliyyətini sınaqdan keçirmək niyyətində olub. Son həftələr ərzində isə "YouTube" mobil əlavəsində onlayn translyasiyalar funksiyasından çoxu istifadə imkanı əldə edib. Bununla əlaqədar "YouTube" bloqunda yerləşdirilən məlumatda bundan sonra funksiyadan kanalda mindən çox abunəçisi olan bütün istifadəçilərin yararlana biləcəyi bildirilir.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, onlayn translyasiya funksiyası birbaşa "YouTube"da quraşdırıldığına görə əlavə proqram yükləməyə ehtiyac yoxdur. Yayıma başlamaq üçün kameranın düyməsinə toxunaraq video üçün lentdə görünəcək təsviri seçmək və translyasiyanın adını göstərmək tələb olunur. Translyasiyanı, həmçinin birbaşa istinadla həm hamı, həm də konkret istifadəçilər üçün etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR