“iPhone” havanın keyfiyyətini ölçəcək

“iPhone” havanın keyfiyyətini ölçəcək
08:47 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Sprimo Labs" laboratoriyasının mütəxəssisləri havanın keyfiyyətini ölçən cihazı təkmilləşdirərək personal çip şəklinə salıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq bu çipi "iPhone" ilə sinxronlaşdırmaq mümkündür. O, istifadə üçün çox rahatdır və enerji ilə doldurulma, eləcə də xüsusi qoşulma tələb etmir. Çip smartfona qoşulduğu andan işləməyə başlayır. Əvvəlcə sensor havanın hərarətini, sonra isə rütubətini və keyfiyyətini ölçür. Bütün bunlar smartfonun ekranında əks olunur.
 
Hazırda tərtibatın sahibi "Kickstarter" şirkətidir. İlkin məlumata görə, belə bir cihaz 40 dollara başa gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR