Mobil saytlarla bağlı yenilik

Mobil saytlarla bağlı yenilik
09:05 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Google" şirkəti müasir mobil sayt tərtibatçıları üçün yeni sertifikatlaşma proqramı tətbiq edib. Bu məqsədlə keçirilən testə saytların sürətinin işinin optimallaşdırılması ilə bağlı məsələlər daxildir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda müasir internet saytlarının mobil versiyaları günü-gündən aktuallaşır. Bu, ilk növbədə saytlara yüksək yükləmə sürəti ilə baxmağa imkan verən mürəkkəb mobil qurğuların inkişafı ilə əlaqədardır. Bu prosesə öz töhfələrini vermək istəyən "Google" nümayəndələri fəaliyyət göstərən mobil sayt tərtibatçılarının biliklərini qiymətləndirən imtahan qurğusu hazırlayıblar. Tərtibatçılar fəaliyyətlərində bir sıra amilləri nəzərə almalı olurlar. Söhbət mobil səhifələrin əhəmiyyətindən, əlavə və səhifələrin dizaynının yaxşılaşdırılmasından və saytların ümumi optimallaşdırılmasından gedir.    

Tərtibatçıların test tapşırıqlarının 80 faizini yerinə yetirəcəkləri təqdirdə onlar yüksək keyfiyyətə malik saytların yaradılması üçün "Google" tərəfindən akkreditasiya olunan sertifikat almaq hüququ əldə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR