Rusiya aviasiyası İdlibi bombaladı

Rusiya aviasiyası İdlibi bombaladı
09:05 8 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.  
 
Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.
 
Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə  ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR