“Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək

“Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək
09:05 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" və "Casio" korporasiyaları patent mübadiləsi ilə bağlı saziş imzalayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  şirkətlər yeni "ağıllı" saatların tərtibatında eyni müəllif hüquqlarına malik olacaqlar.
 
"Microsoft" nümayəndələri bildiriblər ki, "ağıllı" saatlar "Casio" içliyinə malik olacaqlar, "Microsoft" vasitəsilə isə istifadəçilər cihazın imkanlarını genişləndirəcəklər. Hazırda bütün detallar ciddi şəkildə sirr saxlanılır. Ancaq istisna deyil ki, yaxın zamanlarda bazarda iki şirkətin iştirakı ilə tərtib edilmiş yeni cihazlara rast gəlmək mümkün olacaq.
 
Təbii ki, saatlar təhlükəsizlik sensoru, süni intellektə və sair funksiyalara malik olacaq. Ancaq istifadəçiləri məhz nə gözlədiyi dəqiq məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/532729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR