Göygöldə yanğın

Göygöl rayonunda, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan 3 otaqlı mənzilin hamam otağında tüstü bacasının ətrafı 1 m2 sahədə yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR