Balotelli "Qalatasaray"a gəlir?

Balotelli "Qalatasaray"a gəlir?
09:27 8 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuatı tərəfindən "Qalatasaray"ın maraq dairəsində olduğu iddia edilən Mario Balotellinin meneceri bununla bağlı açıqlamalar verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz oyunçunun hüquqlarını təmsil edən Mino Rayola "ajansspor"un müxbiri ilə söhbətində hadisə ilə bağlı rəy verməyəcəyini deyib.

"İndiki mərhələdə bu məsələ ilə bağlı danışmamaq daha yaxşıdı. İddialara şərh verməyəcəm, hadisələri birlikdə izləyib görəcəyik", - deyə dəqiq fikir bildirməkdən yayınıb.
 
Qeyd edək ki, ötən gün "Qalatasaray"ın idarə heyətində yer alan Cenk Ergünlə Milanda görüşən Rayola Balotellidən əlavə İbrahimoviç, PoqbaMxitaryan kimi önəmli oyunçuların da menecerliyini edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR