Stokholmda terakt törədən şəxs özbəkdir? - FOTO

Stokholmda terakt törədən şəxs özbəkdir? - FOTO
09:42 8 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Stokholmda terror aktı törətməkdə şübhəli bilinən ikinci şəxs saxlanılıb.

Milli.Az "Dailymail"ə istinadla bildirir ki, Stokholm polisi İŞİD fanatı olan şübhəlini bir müddət avtomobillə qovduqdan sonra tutub. Onun 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı teraktla əlaqəsi olduğu düşünülür.

39 yaşlı 4 uşaq atası Stokholmun Mersta ərazisində yaxalanıb. Bu barədə məlumatı İsveçin "Aftonblat" qəzeti yayıb.

Özbəkistandan olduğu deyilən şəxs idman geyimi ilə diqqət çəkib. İddialara görə, o, vəhşiliyi etiraf edib.

Polis onu şübhəli kimi saxlasa da, digər mətbuat orqanlarının yazdığına görə terrorçu hələ də azadlıqdadır.

Tutulan Özbəkistan vətəndaşının şübhəli olmasına səbəb isə onun 2013-cü ildə İŞİD-in törətdiyi terakt zamanı fotoları bəyənib və vəhşiliyi təbliğ etməsidir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR