Baş nazir kövrəldi, ağladı - FOTO

Baş nazir kövrəldi, ağladı - FOTO
09:47 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İsveçin baş naziri Stefan Löven Stokholmun mərkəzində yük avtomobilinin insanları vurmasını terror aktı kimi səciyyələndirib.

Milli.Az European-a istinadən bildirir ki, baş nazir şəhərin əsas piyada-gəzinti küçəsi olan Drottninqqatan küçəsində terakt yerinə baş çəkib. O, "Ahlens" univermağının vitrini qarşısında diz çöküb, insanların həlak olduğu yerə çiçəklər qoyub.

Kövrəlmiş baş nazir göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Pivə daşımaq üçün nəzərdə tutulmuş 30 tonluq yük avtomobili "Spendrups Brewery" şirkətinə məxsusdur. Şirkətdən verilən məlumata görə, avtomobil qaçırılıbmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR