Gəncədə əzəli rəqabət, Bakıda çempionluq savaşı

Gəncədə əzəli rəqabət, Bakıda çempionluq savaşı
09:47 8 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Hər iki matç prinsipiallığı ilə fərqlənir. Belə ki, Gəncədə azarkeşlər tarixi rəqabətin daha bir mübarizəsinə şahidlik edəcəklərsə, Bakıda çempionluq savaşı verən iki komanda üz-üzə gələcək.
 
Əvvəlcə Azərbaycanın ən titullu klublarından ikisi "Kəpəz" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcəklər. Hazırda heç də yaxşı günlərini yaşamayan hər iki komanda turnir cədvəlinin son pillələrində var-gəl edirlər. Paytaxt klubu bir pillə qabaqladığı "Kəpəz" qarşısında qələbə qazanacağı təqdirdə həm rəqibindən bir az da uzaqlaşacaq, həm də növbəti gün meydana çıxacaq "Sumqayıt"ın mümkün məğlubiyyəti ilə yerini yuxarıya doğru bir addım dəyişəcək. "Neftçi"nin məğlubiyyəti isə qərblilərin onları arxada qoymasına şərait yaradacaq. Əsas hədəfləri 4-cülük və dolayısı ilə Avrokuboklar olan hər iki komanda nəzəri şanslarını davam etdirmək üçün güzəştsiz mübarizə aparacaqlar.
 
Paytaxtda isə liderlərin "döyüşü" baş tutacaq. İki əyalət klubu Bakıda münasibətlərinə aydınlıq gətirəcəklər. İlk pillənin sahibi "Qarabağ" özündən 4 xal geri qalan və ikinci pillədə möhkəmlənmiş "Qəbələ"ni qəbul edəcək. Bu oyun Roman Qriqorçukun komandası üçün ölüm-dirim mübarizəsidir. Belə ki, "qırmızı-qaralar" məğlub olacaqları təqdirdə demək olar ki, çempionluqla vidalaşacaqlar. Aradakı fərqi 7-ə çıxardacaq ağdamlılar sona 4 tur qalmış rəqibindən xeyli uzaqlaşmış olacaq.
Qələbə isə qonaqlar üçün yeni bir ümid olacaq. Qəbələlilər paytaxtdan 3 xalla ayrıla bilsələr, qalan matçlarda xal itirməməyə çalışaraq ağdamlıların da ən az bir dəfə büdrəməsinə ümid edəcəklər.
 
Azərbaycan Premyer Liqası
XXV tur
9 aprel (bazar)

16:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu

20:30. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu

Turnir cədvəli

1

Qarabağ

24

16

4

4

39-12

52

2

Qəbələ

24

13

8

3

43-14

48

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Neftçi

24

8

2

14

19-38

26

7

Kəpəz

24

5

9

10

17-26

24

8

AZAL

24

1

7

16

11-39

10

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR