29 yaşında 43 cinayət əməlinə görə axtarılırdı

29 yaşında 43 cinayət əməlinə görə axtarılırdı
09:52 8 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Barəsində 43 ayrı cinayət əməlinə görə həbs qərarı olan qadın şərqi Anadolunun Aydın vilayətində tutulub. 

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, Həsən Əfəndi məhəlləsində təhlükəsizlik qüvvələrinin əməkdaşları davranışından şübhələndikləri qadını dayandırıb şəxsiyyətini sorğu-sual ediblər.

Bu qadının fərqli illərdə "fırıldaqçılıq" və "qızıl oğurluğu" kimi 43 cinayət əməlinə görə axtarılan 29 yaşlı Cansu D. olduğu məlum olub.

Şübhəli yanındakı 4 uşağıyla birgə İl Təhlükəsizlik İdarəsinin "B Xidməti" binasına aparılıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR