“Vaqif Səmədoğlu yazıçılarımızı "Moşu" gününə saldı”

“1990-cı illərdə Vaqif Səmədoğlu öz obrazını yaradanda "Moşu Gözyəzənli" ilə çox böyük səhv elədi”.

Bu sözləri Metbuat.az-a açıqlamasınnda yazıçı Rasim Gəncəli bildirib. Onun sözlərinə görə, toplum üçün böyük, balaca yazıçı yoxdur. Onlar üçün sadəcə olaraq yazıçı var:

“"Moşu Gözəyzənli" obrazını Vaqif Səmədoğlu yaratdı və bizim bütün yazıçılarımızı "Moşu Gözyəzənli" gününə saldı. Yazıçıları gözdən saldı. Hamını "Moşu"nun gözü ilə görməyə başladılar. Bu da Vaqif Səmədoğlunun yazarlara vurduğu ziyan idi. Mən buna qəti etirazımı bildirirəm və o obrazı qətiyyətlə rədd edirəm”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR