ABŞ-ı etiraz dalğası bürüdü

ABŞ-ın Suriyaya raket zərbələri endirməsi amerikalıların etirazı ilə qarşılanıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Nyu-Yorkda etiraz aksiyası keçirilib. Etirazçılar prezident Donald Trumpa məxsus "Trump Tower" göydələninin qarşısına toplaşıblar. Polislə etirazşılar arasında toqquşma baş verib. Həbs edilənlər var.

Etirazçıların əllərində anti-müharibə şüarlı plakatlar olub. Onlar, "Əlini çək Suriyadan!", "Suriyada müharibəyə yox!” şüarları səsləndiriblər.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR