Rəqsanə: "Rayonda gedəcəyim yer artıq qəbristanlıqdır

Tanınmış müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib.

Metbuat.az ifaçının 59 yaşındakı bibisi dünyasını dəyişib. Müğənni özü bu haqda danışıb:

"Doğulanda sevinc gətiririk, öləndə isə kədər. Qismətimiz nədirsə, onu da yaşayırıq. İnsan doğmasını itirəndə içi yanır. Bəlkə də kənardan heç kim səni başa dümür. Atamı görməsəm də, rayona bibilərim üçün gedib-gəlirdim. Rayonda mənim gedəcəyim yer artıq qəbristanlıqdır. Allah o xəstəliyi yox etsin ki, ondan xilas olmaq mümkün deyil. Əzizlərim, yəqin mənim indi nə halda olduğumu bilirsiniz. Əlimdən heç nə gəlmir...".

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR