Yumurtanın təzə olduğunu necə anlayaq?

Yumurta dünyada ən çox istifadə olunan qidalardan biridir. Yumurtanın təzəliyi sağlamlıq baxımından olduqca vacibdir. Mağazadan yumurta alarkən onun təzə olub-olmadığına diqqət etməlisiniz.

Metbuat.az xəbər verir ki, yumurtanın təzəliyini yoxlamaq üçün bəzi testləri edə bilərsiniz.

Böyük stəkanın içərisini soyuq suyu ilə doldurub, yumurtanı əlavə edin. Əgər yumurta təzədirsə, stəkanın dibinə çökəcək və yan yatacaq.

Yumurtanı qulağınıza yaxınlaşdırın və sağa-sola sallayın. Qulağınıza çalxalanma səsi gəlirsə, o yumurta köhnəlib.

Son testdə isə tavaya yumurtanı qırın. Yumurtanın sarısı top şəklində və şişkin durursa, yumurta ağı sarıya yaxın bir nöqtədə toplanıbsa, böyük ehtimalla yumurtanız təzədir. Ancaq yumurtanın sarısı sönük görünürsə, biraz köhnəlmişdir. Amma yenə də istifadə etmək olar. Yumurtanın sarısı deyilənlərin tam əksinə maye bir hal almışsa, yumurta köhnəlib. Bu testi edərək yumurtanın içini iyləmək şansını da əldə etmiş olursunuz. Pis qoxulu yumurtalardan qətiyyən istifadə etməyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR