Suriyada rus hərbçiləri atəşə tutuldu

Suriyada rus hərbçiləri atəşə tutulub.

Metbuat.az xəbər verir ki, hadisə Hələb yolunda baş verib. Rusiya hərbçiləri həmin vaxt komandanlıqla canlı video bağlantı qurubmuş. Onların yolda pusqu qurmuş müxalif döyüşçülər tərəfindən pulemyot atəşinə tutulduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi məlumatı təstiqləyib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı deyilir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR