Cəmilə "Cehizsiz gəlinlər"dən getdi

Cəmilə "Cehizsiz gəlinlər"dən getdi
11:17 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Cəmilə Tağızadə rol aldığı" "Cehizsiz gəlinlər" serialından gedib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan ekran işində Hicran obrazını canlandıran aktrisa ssenari əsasında ölür. 

Əməkdaşımızla söhbətində C.Tağızadə ekran işindən ayrılma səbəbini açıqlayıb:

"Cehizsiz gəlinlər" zamanı üç serialdan dəvət aldım, amma imtina etdim. Bu serial çox baxıldı, sevildi, obrazım da bəyənildi. Rejissorlar demişkən, gəlişim möhtəçəm olduğu kimi, gedişim də səs-küylü oldu. Tamaşaçılar getməyimi istəmirdilər. Amma lazım idi... "Cehizsiz gəlinlər" may-iyun aylarında bitir. Yeni mövsümdə ekranda olmayacaq. "Xəzər" telekanalının "Kimsən?" serialına da dəvət aldım, amma razılıq vermədim".
 
Cəmilə yeni bir seriala çəkiləcəyini deyib:

"ATV-də yayımlanacaq "Barama" serialında baş rol canlandıracam. Serialda Asya Atakişiyeva, Aqşin Fateh və Vasif Əzimov çəkilir. Xalq artistləri Nürəddin Mehdixanlı və Həmidə Ömərova ekran işində qayınanam və qayınatam obrazındadırlar. Aqşinin həyat yoldaşını canlandıracağam. Çox maraqlı bir serialdır. Yeni mövsümdə yayımlanacaq. Artıq çəkilişlərə başlayırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/533244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR