Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi

Abşeron rayonu, Masazır kənd Ə.Vahid adına 1 nömrəli məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, məktəbin musiqi müəllimi Şükufə Qasımovanın təşkilatçılığı ilə baş tutan yığıncağa Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Tədbirə Masazır rayon ərazi icra nümayəndəsi və Abşeron Rayon Təhsil Şöbəsinin işçisi də qatılıb.

Şagirdlər hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirərək, müxtəlif səhnəciklər göstərib.

Tədbir el ağsaqqalı Dədə Qorqudun igidlərimizə xeyir-duası ilə sona çatıb.

Qonaqlar tərəfindən yüksək qiymətləndirilən yığıncağın şagirdlərin vətənpərvərlik ruhda böyüməsinə təsirsiz ötüşməyəcəyi bildirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR