"Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir" - ABŞ Dövlət Departamenti

"Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir" - ABŞ Dövlət Departamenti
11:47 8 Aprel 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək "prezident seçkiləri" və addəyişmə "referendumu" barədə bəyanat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu "seçkiləri", eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi - Abxaziyada keçirilmiş "parlament seçkiləri"ni tanımır: "Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir".
 
Qeyd edək ki, separatçılar referendumda Cənubi Osetiyanın adını "Cənubi Osetiya Respublikası - Alaniya dövləti" şəklində dəyişdirməyə hazırlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR