Xaçmazda narkoman saxlanıldı

Xaçmazda narkoman saxlanıldı
11:57 8 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, 1973-cü il təvəllüdlü Ağayev Hidayət Alimşah oğlu saxlanılıb.
 
Onun üzərinə baxış zamanı gödəkçəsinin cibindən bir büküm, çəkisi 1.29 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz şəhər sakini İntiqam Əkbərova məxsus avtomobildən 1080 manat pul oğurladığı da müəyyən edilib.
 
Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR