Stokholmda bayraqlar endirildi

Stokholmda bayraqlar endirildi
12:12 8 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Stokholmda dövlət idarələri və təşkilatlar üzərində olan dövlət bayraqları ötən gün baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bayraqların endirilməsi barədə qərar İsveçin digər regionlarında da qəbul edilib.

Hazırda insanlar insident baş vermiş əraziyə gül-çiçək gətirməkdə davam edirlər.

Xatırladaq ki, ötən gün İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Nəticədə 5 nəfər ölüb, xəsarət alanlar olub.

İsveç polisi və baş nazir hadisəni terror aktı adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR